Türkiyəyə problem yaratdıq: YPG elə PKK-dır - SENATOR
19.01.2019
YPG PKK-nın siyasi qoludur.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyədə jurnalistlərə açıqlamasında ABŞ senatoru Lindsi Qrehem deyib.
"YPG-nin PKK ilə əlaqəsi var. Dəlillər açıq və dəqiqdir. Müttəfiq Türkiyəyə yaratdığımız problemi həll etməliyik. Bizimlə İŞİD-ə qarşı savaşanlara da nəsə borcluyuq. İrəliləmək üçün şansımız var, xətalarımızı düzəltmək üçün fürsətimiz və zamanımız tükənir. Buna görə buradayam. Trampı Obama kimi xəta etməməsi üçün xəbərdar etdim. YPG-nin Türkiyədən uzaqlaşdırılması üçün Danfordun planı var. Obama YPG-ni silahlandıraraq Türkiyə üçün kabus yaratdı”, – deyə o bildirib.
O, ABŞ-ın Suriyadan dərhal çıxacağı halda böyük savaşın başlayacağını bildirib.
Qeyd edək ki, Lindsi Qrehem Respublikaçılar Partiyasından senatordur. Hazırda Türkiyədə səfərdədir.
Bir neçə gün öncə ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford da YPG-nin PKK-nın qolu olduğunu bildirmişdi.