21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Biz bunu böyük kədər hissi ilə xatırlayırıq - Özoral

19.01.2019

Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.
"Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan qəhrəman soydaşlarımızı bu gün rəhmətlə yad edirik. Lakin 29 il bundan əvvəl baş vermiş bu kədərli hadisənin Azərbaycanın gələcəyinə məşəl kimi işıq saldığını, ölkənin müstəqilliyinin qazanılmasına yol açdığını hər zaman xatırlamaq borcumuzdur. Şübhəsiz ki, Azərbaycan xalqı müstəqillik yolunun vacib mərhələlərindən birini təşkil edən bu hadisələri heç vaxt unutmayacaq və şəhidlərini həmişə layiq olduqları minnətdarlıq hissi ilə yad edəcək. Bu məqsədlə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən atılan addımlar təqdirəlayiqdir" - Ə.Özoral qeyd edib.
Diplomatın sözlərinə görə, Türkiyə xalqı sevincli günlərdə olduğu kimi, kədərli günlərdə də Azərbaycan xalqının yanında olmağa davam edəcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.