21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyadan Bakıya qarşı Bəyanat

18.01.2019

Rusiya Xarici İşlər Nazirliyi yenidən antiazərbaycan bəyanatıyla çıxış edib.
"Dövran Media" xəbər verir ki, Rusiya XİN bu gün yaydığı bəyanatda Azərbaycan Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə buraxmaması ilə bağlı yanaşmasının qəbuledilməz olduğunu bildirib. Rəsmi Moskva guya Azərbaycan XİN-in verdiyi açıqlamanın diplomatik etikadan kənara çıxdığını vurğulayıb.
Bununla bərabər Rusiya XİN-i guya Azərbaycan Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlərin inkişafı fonunda Rusiya vətəndaşlarına qarşı belə diskriminasiya məsələsinin şişirdilməməsi istəyinin Moskvada çaşqınlıq yaratdığı və bunun Moskva üçün qəbuledilməz olduğunu deyib.
Bəyanatda Moskvanın Bakıda erməni əsilli Rusiya vətəndaşlarıyla bağlı hər insidentə aydınlıq gətirilməsi tələb olunub. Bundan başqa, Moskva Bakıdan Rusiya vətəndaşlarının Azərbaycana səfər zamanı Moskvadakı səfirliklə öz səfərlərini razılaşdırmaqla bağlı verdiyi işarəyə diplomatik kanallar vasitəsiylə rəsmi izahat verməsini tələb edib və bu işarənin 1997-ci ildə imzalanan vətəndaşların vizasız səfərləri barədə razılaşmanın pozulması olduğunu bildirib.