Netanyahuya seçki öncəsi ŞOK ZƏRBƏ
18.01.2019
İsrailin Baş naziri Benyamin Netanyahu barəsində korrupsiya ittihamı ilə aparılan məhkəmənin yekun qərarının növbədənkənar parlament seçkilərindən sonra verilməsi üçün baş prokurora müraciət edib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Yedioth Ahranoth” nəşri yazıb.
Məlumata görə, İsrailin Baş prokuroru Avicay Mandelblit Netanyahunun tələbini rədd edib. Səbəb kimi isə baş nazirə qarşı məhkəmə işinin növbədənkənar parlament seçkiləri qərarının qəbul edilməsindən daha əvvəl başladılması göstərilib.