SOCAR: Dəniz özüllərində vəziyyət stabildir
18.01.2019
Azərbaycan Dövlət Neft Şirkəti hava şəraiti ilə əlaqədar dəniz özüllərindəki vəziyyətlə bağlı öz rəsmi "Facebook” səhifəsində xəbər yayıb.
"Dövran Media"nın məlumatına görə, şirkət vəziyyətin stabil olduğunu bəyan edib:
"Dəniz özüllərimizdə vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır”.
Məlumatda daha əvvəl təxliyyə edilmiş işçilərin günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacağı və fəaliyyətlərini adi qaydada davam etdirəcəkləri bildirilir.
Qeyd edək ki, ötən gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.