Türkiyəyə girən yunan əsgərləri həbs edildi
02.03.2018
Türk əsgərləri Meriç çayı yaxınlığında sərhəd pozuntusuna yol vermiş 2 yunan əsgərini saxlayıb.
"Dövran Media"xəbər verir ki, bu barədə Yunanıstan Quru Qoşunları komandanlığından bildirilib.
Yunan əsgərləri Şimali Evros bölgəsində Kastanies yaxınlığında patrul nəzarətini həyata keçirərkən kəskin hava şəraiti səbəbindən yollarını azaraq Türkiyə sərhədlərinə daxil olub. Sərhədi pozan yunan əsgərləri saxlanılaraq Ədirnəyə göndərilib.
Yunanıstan Quru Qoşunları komandanlığının açıqlamasında əsgərlərin qaytarılması istiqamətində rəsmi Ankara ilə təmasların başladıldığı qeyd olunub.