21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"

17.01.2019

Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsi üçün təkliflər almaq üçün İrəvana təzyiqlərini artırır.
"Dövran Media" xəbər verir ki, bunu Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələrini şərh edərkən report-a rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
"Azərbaycan ilə Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən hələlik cəmi bir müsbət nəticə çıxıb, o da görüşün baş tutmasıdır", - ekspert bildirib.
O, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını tam şəkildə yerinə yetirmədiyini dilə gətirib: "Danışıqlar prosesinə yeni təkan barədə sözlərdən, konsensusun zəruri olması haqqında dahiyanə fikirlərdən başqa yeni bir şey eşitmədik".
Y.Mixaylovun fikrincə, Ermənistan üçün təhlükəsizliyin başlıca təminatçısı olan Rusiyanın sonrakı danışıqlar üçün "ağlabatan təkliflər" əldə etmək üçün son vaxtlar birbaşa İrəvana təzyiqləri artıb: "Azərbaycanın münaqişənin həllinə dair, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi kimi, xeyli konstruktiv planı olduğu halda, Ermənistanın tərəfdən belə bir təkliflər gəlməyib".
Rusiyalı politoloqun sözlərinə görə, hər halda danışıqlar prosesi davam edir, Azərbaycan tərəfinin işğal olunmuş torpaqları qaytarmaq üçün hərbi varianta əl atmayacağına ümid var: "Lakin Azərbaycanın buna çoxdandır hazır olduğunu da unutmamaq lazımdır. Yalnız tərəfdaşlarına, ilk növbədə, dünyanın əsas oyunçularından olan, bir çox iqtisadi və hərbi-siyası layihələrdə müttəfiqi olan Rusiyaya hörmət Azərbaycanı torpaqlarını güc yolu ilə qaytarmaqdan çəkindirir. ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərləri ilə gözlənilən görüşləri ya məsələnin həllinə aydınlıq gətirə, ya da danışıqların dalana dirənməsi, bütün maraqlı tərəfləri qane edəcək nəticə əldə etmək üçün vasitəçilik formatının dəyişdirməsi zərurətinin ortaya çıxması fikrini əmələ gətirə bilər".