Dünyanın ən böyük investorlarından biri öldü
17.01.2019
Dünyanın ən böyük investisiya şirkətlərindən biri sayılan "Vanguard Group”un təsisçisi sayılan Con Boql 89 yaşında dünyasını dəyişib.
"Dövran Media" xəbər verir ki, bu barədə Philly.com portalı informasiya yayıb.
Məlumata görə, Boql ürək xəstəliyindən əziyyət çəkib.
1975-ci ildə Boql "Vanguard Group” şirkətinin əsasını qoyub. İlk ilində şirkətin idarə etdiyi aktivlərin həcmi 1.7 milyard dollar olub. 2018-ci ildə isə bu rəqəm 5.1 trilyona çatıb.