Çin: ABŞ strateji səhv edir
17.01.2019
Çinin ABŞ-ı əvəz etməsi barədə təxminlər yanlışdır.
"Dövran Media" xəbər verir ki, bunu "Jenmin Jibao” qəzetinə müsahibəsində Çin Xarici İşlər naziri Van İ deyib.
"Amerika tərəfinin bəzi nümayəndələrinin Çinlə münasibətlərdə qorxusu və şübhəsi var. Onlar güman edirlər ki, gələcəkdə Çin mütləq ABŞ-a meydan oxuyub, onu əvəz edəcək. Bu, çox ciddi strateji yanılmadır. Biz ABŞ olmaq və ya onu əvəz etmək istəmirik”, - o bildirib.