Suriyadan çıxmayacağıq - SEPAH
17.01.2019
İran Suriyadan öz silahlarını və qüvvələrini çıxarmayacaq.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri deyib.
"İran Suriyada bütün hərbçi və konsultantlarını, eləcə də silahlarını saxlayacaq. Biz bununla islami müqaviməti gücləndirəcəyik”, - o bildirib.