Hərbçiləri bəyanat yaydı: Prezidenti qəbul etmirik
17.01.2019
Peruya qaçmış bir qrup Venesuela hərbçisi Nikolas Maduronu prezident kimi tanımadıqlarını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə NTN24 telekanalı informasiya yayıb.
Hərbçilər adından bəyanat mətnini səsləndirən baş leytenant Xose İdalqo Maduronu prezident və ali baş komandan kimi qəbul etmədiklərini, onu öz postundan endirməyə çalışacaqlarını bildirib.
Qeyd edək ki, Xose İdalqo və yoldaşları Maduroya sui-qəsd hazırlamaqda şübhəli bilinərək, ordu sıralarından xaric edilmişdi.