Terror: Oteldən 174 nəfər təxliyə edildi
16.01.2019
Ötən gecə Keniyanın paytaxtı Nayrobidə terror hücumuna məruz qalmış Dusit otelindən 174 nəfər təxliyə olunub.
"Dövran Media" xəbər verir ki, Citizen telekanalının hüquq mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, oteldə hələ də insanlar qalmaqdadır. Təxliyənin davam etdiyi bildirilir.
Çərşənbə axşamı günü Nayrobidəki Dusit otelinin yaxınlığında partlayış baş verib və atəş açılıb. Son məlumata görə, azı 15 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb. Terror aktının qurbanları arasında Böyük Britaniya vətəndaşı və ABŞ vətəndaşı da var.
Terror aktının məsuliyyətini əsasən Somalidə fəaliyyət göstərən "Aş-Şabab” qruplaşması üzərinə götürüb.