21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ən yaxşı öskürək dərmanı – alimlərdən açıqlama

16.01.2019

"Dövran Media” xəbər verir ki, Daily Mail-in məlumatına görə, Hall Universitetinın ingilis tədqiqatçıları belə qənaətə gəlıblər ki, şokolad öskürəyə qarşı ən təsirli dərmandır. 
Belə ki, araşdırmalar zamanı alimlər 160 xəstənin sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Məlum olub ki, öskürəyə qarşı şokoladla müalicə alan insanlar iki gündən sonra dərman preparatlarından istifadə edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə özlərində rahatlıq hiss ediblər. Alimlərin fikrincə, şokolad öskürəyin müalicəsində müsbət təsir göstərir, çünki boğaz səthini örtür və qıcıqlanmanı yatırdır. Beləliklə də, xəstə qıcıqlanma hiss etmir və öskürmür. Bundan əlavə, şokoladın alınması üçün istifadə olunan kakao paxlasında teobromin maddəsi var ki, bu subyekt ə bədənin tüpürcəyə olan ehtiyacını azaldır və öskürək əleyhinə müsbət təsir edir. Tədqiqatçılar tövsiyə edirlər ki, öskürəyin müalicəsi zamanı xəstələr dərmanların dozasını azaldaraq, onu qara şokolad parçası ilə əvəz edə bilərlər. Eyni zamanda, bildirilir ki, kakao içkisi və ya isti şokoladdan istifadə öskürəyin azalmasına gətirib çıxarmır, əksinə, isti məhsul boğazı zədələyərək qıcıq yaradır.