Məktəblilərin qış tətili BAŞLAYIR
16.01.2019
Yanvarın 27-dən məktəblilər üçün qış tətili başlayır.
"Dövran Media" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, tətil 5 gün - 31 yanvar tarixinədək davam edəcək.
Maraq doğuran məqam odur ki, 26-27 yanvar, həmçinin 2-3 fevral şənbə və bazar günlərinə təsadüf etdiyindən, şagirdlər 6 gün tətildən sonra bir gün dərsə gedəcək, bunun ardınca isə yenidən 2 gün istirahət edəcəklər. Adətən, pedaqoqlar şagirdlərin yuxu sistemini nəzərə alaraq, tətil və istirahət günləri arasındakı bir dərs gününü əvəzləməyi daha məqbul sayırlar və sovet təhsil sistemində bu, tez-tez tətbiq olunurdu. Tətilin başlandığı günün (27 yanvar tarixinin) bazar günü ilə üst-üstə düşməsi dəyişiklik üçün fürsət verə bilərmi?
Bununla bağlı suala aydınlıq gətirən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib ki, qanunvericilikdə necədirsə, tətil də elə olacaq və heç bir dəyişiklik nəzərdə tutulmayıb. Başqa sözlə, şagirdlər 1 fevral tarixində dərsdə olmalıdırlar.