21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

1-ci qrup əlil kömək istəyir

16.01.2019

"Hazırda yerimə qabiliyyətimi itirmişəm, əlil arabası ilə hərəkət edirəm. Bel onurğa yırtığının əməliyyatına ehtiyacım var”. Bu sözləri "Yeni Müsavat”ın redaksiyasına əlil arabasında gələn 1-ci qrup əlil Süleymanov Şahid Alı oğlu bildirib.
Onun sözlərinə görə, paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 24, ev 15 ünvanında yaşayır. Ş.Süleymanov kiçik yaşlarında anasını itirib, atası tərəfindən ona heç bir dəstək yoxdur.
"Aldığım təqaüdlə birtəhər keçinirəm. Bir hissəsi dərmanlara gedir, qalanı heç yeməyimə çatmır.
Birinci əməliyyatımı Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında ediblər. Amma faydasını görmədim.
Mənim yenidən əməliyyat olunmağıma ehtiyac var. Azərbaycan xalqından xahiş edirəm ki, yardım edəsiniz. Mənim əməliyyatıma 4 min manat lazımdır.  Mənim bu qədər pulum haradandır? Xalqıma güvənirəm, xahiş edirəm ki, imkanlı şəxslər  köməklik göstərsinlər. Günbəgün vəziyyətim ağırlaşır..."
Ş.Süleymanov bank hesabı nömrəsini təqdim edib.