“Bu, cinayət hadisəsidir” - İcradan REAKSİYA
16.01.2019
Ötən gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Dövran Media xəbər verir ki, oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir. Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı sözügedən ev isə uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.
Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, oğurluq, cinayət hadisəsidir. Ona görə də bu məsələ polis orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə telefon zənginə cavab vermədiyindən məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilmədik.