Ötən gün cənab Trampın şəxsi sosial şəbəkə hesabından etdiyi paylaşımlar məni və dostlarımı məyus etdi.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dərhal hərəkətə keçib bu məsələni telefonda müzakirə etdik. Kifayət qədər müsbət müzakirə oldu. Tramp Suriyadan geri çəkilmə qərarını bir daha təsdiq etdi. Bizim tərəfimizdən yaradılacaq təhlükəsizlik bölgəsi məsələsini Tramp da dilə gətirdi. Bu terror qruplaşmalarının etdiklərindən xəbəri yox idi və verdiyimiz məlumatlardan məmnun oldu. Türkiyə öhdəsinə düşəni etməyə davam edəcək. Cənab Trampla baş tutan telefon söhbətində tarixi əhəmiyyətə sahib bir anlayış birliyinə nail olduğumuza inanıram”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyadakı kürdlərə zərbə endirəcəyi halda iqtisadi təzyiqlərlə üzləşəcəyini açıqlamışdı.