Akar Belarusda Lukaşenko ilə görüşdü
15.01.2019
Türkiyənin Müdafiə naziri Hulusi Akar Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
"Dövran Media" xəbər verir ki, Minskə rəsmi səfər edən Akarı Belarusun Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Dmitri Pantus, MN rəsmiləri və Türkiyənin Minskdəki səfiri Kezban Nilvana Darama qarşılayıb.
Ölkə başçısı Aleksandr Lukaşenko ilə təxminən 1 saat davam edən görüşün ardından mətbuat nümayəndələrinin suallarını cavablandıran Hulusi Akar iki ölkə arasında hərbi tədris və müdafiə sənayesi sahəsində görülən işlərin gələcəkdə müsbət nəticələr verəcəyini və bu münasibətlərin daha da inkişaf edəcəyini bildirib.
Akar daha sonra Belarusun Müdafiə naziri Andrey Raykovla görüşüb.