21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azyaşlı məhkumların sayı niyə artır? - AÇIQLAMA

15.01.2019

Uşaqlar tərəfindən törədilən cinayət ədliyyə sistemində ayrı mövzudur. Bu uşaqlarla necə davranaq - onları mühakimə etmək və ya reabilitasiyaya göndərmək lazımdır, onlar kimlərdir: qurban və ya cəllad? Bu sual birmənalı reaksiya doğurmur. Bir tərəfdən, uşaq nə etdiyini sonadək dərk etməyə bilər, digər tərəfdən, əgər o, uşaqlıqda cinayət törədirsə, böyüdüyü zaman ondan nə gözləmək olar?
Son illər Azərbaycanda uşaq və yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı artıb.
"Dövran Media" xəbər verir ki, bu fikirləri "Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Haşımova Media.Az-a müsahibəsində bildirib. 
Onun sözlərinə görə, ötən il Azərbaycanda 500-dən çox uşaq cinayət törədib. 
"Hazırda uşaq koloniyasında 40 oğlan var, əvvəllər onların sayı 24 olub. Bu, onunla əlaqədardır ki, əvvəllər Bakı Reabilitasiya Mərkəzində daha fəal işlər aparılırdı, eləcə də, Gəncədə reabilitasiya mərkəzi vardı, indi onlar fəaliyyət göstərmir. 
Buna baxmayaraq, ötən il biz UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Ağcabədi və Şirvan rayonlarında reabilitasiya mərkəzləri yaratdıq, eləcə də, bu mərkəzləri lazımi maddi-texniki baza ilə təchiz etdik.
Bu rayonların seçilməsinə səbəb UNİCEF-in burada əhaliyə hüquqi yardım göstərilməsi layihəsini həyata keçirməsi və bunun nəticəsində buradakı uşaqların daha çox dəstəyə ehtiyacı olduğunun müəyyən edilməsi olub. 
Bundan başqa, Daxili İşlər Nazirliyinin Azərbaycanın hansı rayonlarında yeniyetmələr tərəfindən daha çox cinayətin törədilməsi ilə bağlı statistikası da burada əsas rol oynayır. Misal üçün, Ağcabədi sərhəd bölgəs
Ümumiyyətlə, hesab edirəm ki, bu cür mərkəzlər Azərbaycanın bütün regionları üçün vacibdir, çünki yetkinlik yaşına çatmayanlar tərəfindən cinayətlər hər yerdə törədilə bilər”, - K.Haşımova bildirib. 
Onun sözlərinə görə, Azərbaycanda cinayət törətmiş uşaqlarda orta yaş 13-14-dür. Daha çox cinayəti oğlanlar törədir. 
"Əgər uşaqlar arasında ən geniş yayılmış cinayətlərdən danışsaq, bunlar oğurluq və xırda xuliqanlıqdır. Lakin bununla yanaşı, çox xoşagəlməz tendensiya ilə rastlaşırıq – yetkinlik yaşına çatmayanlar arasında seksual xarakterli cinayətlərin sayında artım müşahidə edilir. Uşaqlar öz yaşıdlarını və ya özlərindən balacaları zorlayırlar. 
Daha ağır cinayətlər də törədilir. Misal üçün, hazırda öz həmyaşıdını döyən üç yeniyetmə üzərində məhkəmə prosesi gedir. 
Bir müddət əvvəl reabilitasiya mərkəzimizdə uşaq öz həmyaşıdı ilə dalaşıb və ona bıçaq xəsarəti yetirib. Xəsarət alan uşaq sağ qalıb. Zərərçəkmişin valideynləri tələb edirdi ki, cinayəti törədən uşaq yeddi il müddətinə azadlıqdan məhrum edilsin. Ancaq bu baş vermədi, çünki aparılan araşdırma zamanı məlum olub ki, zərərçəkmiş cinayəti törədən şəxsin valideynlərini təhqir edərək, onu bu əməli törətməyə təhrik edib. Nəticədə, uşaq bir il müddətinə azadlıqdan məhrum edilib. 
Koloniyada o, duluzçuluq sənətini öyrənib. O, həbsdən çıxdıqdan sonra rəssamlıq məktəbinə daxil olub və təhsilini ali səviyyədə davam etdirmək niyyətindədir”, - K.Haşımova qeyd edib. 
Onun sözlərinə görə, sükan arxasına oturan yetkinlik yaşına çatmayanlar tərəfindən də törədilən cinayətlərin sayı az deyil. 
"Bir müddət əvvəl 16 yaşlı oğlan idarə etdiyi avtomobillə uşağı vurub və nəticədə, azyaşlı ölüb. Ancaq həmin yeniyetmə məsuliyyətə cəlb olunmayıb. Biz onun valideynləri ilə söhbət etdik ki, onlar övladlarına maşın sürməyi qadağan etsinlər. 
Əminəm ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin azalması üçün profilaktika işləri vacibdir. Yalnız profilaktik tədbirlər onların artımını dayandıra bilər”, - K.Haşımova əlavə edib.