Ötən il 11 erməni əsgəri intihar edib
15.01.2019
Ötən il Ermənistanda 63 hərbi qulluqçu ölüb.
"Dövran Media" xəbər verir ki, bununla bağlı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 27-si müddətli hərbi qulluqçu, 23-ü müqaviləli hərbçi, iki gizir və 11 zabit olub.
Ölüm hallardan 38-i hərbi xidmətlə bağlı olub: yeddisi düşmən tərəfindən öldürülüb, on biri intihar edib, ikisi silahla davranma qaydalarının pozulması, üçü xəstəlik səbəbindən ölüb, bir əsgər minada partlayıb, bir nəfər öldürülüb, üç hərbçi bədbəxt hadisə nəticəsində, altısı yol qəzası zamanı, ikisi döyüş xidmətinin qaydalarının pozulması nəticəsində, ikisi isə təyyarə qəzasında ölüb.
Ölüm hallarından 25-i xidmətdən kənar vəziyyətdə baş verib: 11 hərbçi yol qəzasında, 10 nəfər xəstəlikdən, dördü isə bədbəxt hadisə zamanı ölüb.