Tramp Türkiyə ilə bağlı fikrini dəyişdi
15.01.2019
Bir müddət əvvəl Türkiyənin Suriyadakı kürdlərə hücumu zamanı Ankaranı ciddi iqtisadi problemlərlə təhdid edən ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra "Twitter” hesabında fikirlərini bölüşüb.
"Dövran Media" xəbər verir ki, Tramp Ankara və Vaşinqton arasında iqtisadi əməkdaşlıq ilə bağlı nikbinliyini ifadə edib.
"ABŞ və Türkiyə arasında iqtisadi əməkdaşlıqlardan danışdıq - əməkdaşlığın əhəmiyyətli genişlənməsi üçün böyük potensial var”, - Tramp yazıb.
Xatırladaq ki, dünən axşam saatlarında baş tutan telefon danışığı zamanı liderlər Suriyanın şimalında təhlükəsizlik zonalarının yaradılması məsələsini müzakirə ediblər. Donald Trampla Rəcəb Tayyib Ərdoğan razılığa gəliblər ki, tərəflər Münbiclə bağlı "Yol xəritəsi”ni hazırlamalıdır.
Onların fikrincə, "Yol xəritəsi” ABŞ qoşunlarının Suriyadan tam çıxarılmasını nəzərdə tutmalıdır.