Təyyarə qəzasında bir nəfər sağ qalıb
14.01.2019
"Dövran Media” xəbər verir ki, İranda qəzaya uğramış "Boeinq 707" yük təyyarəsində xilasetmə işləri davam etdirilir.
Hazırda yeddi nəfərin cəsədi aşkarlanıb. Bir nəfərin sağ qaldığı bildirilir. İLNA agentliyinin verdiyi xəbərə görə, o təyyarənin ekipaj üzvüdür. Yaralı təcili xəstəxanaya çatdırılıb. Qalan 8 nəfərin taleyindən xəbər yoxdur. Müəyyən olub ki, İran ordusuna məxsus təyyarənin göyərtəsində əvvəl xəbər verildiyi kimi 10 nəfər deyil, 16 nəfər olub. Regnum-un verdiyi xəbərə görə, yük təyyarəsi Qırğızıstanın Bişkek şəhərindən ət daşıyırmış. Təyyarə Kərəcə şəhərinin "Payam” hava limanına enməliykən, pilotlar səhvə yol vermış və başqa hava məkanına eniş edərkən xətdən kənara çıxaraq divar səddinə çırpılaraq yanıb.