Xarici işlər nazirlərinin görüşü olacaq - Parisdə
14.01.2019
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə yanvarın 16-da Parisdə görüş keçiriləcək.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.