21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tarixin ən qorxunc canisi: Məni tez həbs edin

13.01.2019

Cinayətləri ilə tarixə keçən Uilyam 1928-ci ildə dünyaya gəlib. Ailəsi sıxıntılar içində yaşayırdı. Buna görə də Uilyamın uşaq vaxtlarından davasız keçən bir günü belə olmurdu. O, gənc yaşlarından kiçik oğurluqlar edərək, cinayətlər törətməyə başlayıb.
12 yaşında Uilyam bir marketdə işləməyə başlamışdı və oradan ucuzdan-bahalıya xeyli əşya oğurlamışdı. 13 yaşında isə bir binadan oğurluq edəndə yaxalanaraq, həbs edilmişdi. O, oğurluğu bir cinayət kimi yox, xobbi olaraq dəyərləndirirdi. Onun davranışlarının düzəlməsi üçün bir uşaq məktəbinə göndərildi. Uilyam bu məktəbdən də oğurluq edəndə ABŞ-ın İlliyons ştatındakı özəl təlim məkəbinə yola salındı.
Lakin bütün bunlar onun cinayətdən uzaq qalmasına səbəb ola bilmədi. Uilyam 1945-ci ildə ilk cinayətini törətmişdi. 43 yaşlı bir qadın boğazından dəfələrlə bıçaq yarası almış, sonra isə ilkin yardım edilmişdi. Bu ilginc cinayət mediada da geniş müzakirələrə səbəb olmuşdu.
Bu olaydan 6 ay sonra Çikaqoda ikinci qorxunc cinayət baş verdi. Bu dəfə isə qurban 32 yaşında bir qadın idi. O da boynundan dəfələrlə bıçaq xəsarəti alaraq öldürülmüşdü. Bu cinayətdə də öldürülən qadına ilkin yardım göstərilmişdi. Belə ki, cinayətkar qadınları öldürdükdən sonra qanaxmanın qarşısını almaq üçün boyunlarına məhraba dolayırdı.
O, bu cinayəti törədərkən qadının evinin divarına bu sözləri yazmışdı: "Tanrı eşqinə daha çox adam öldürmədən məni yaxalayın. Özümü idarə edə bilmirəm”.
Daha sonra onu "pomadalı qatil” deyə adlandırmağa başladılar.
Bundan sonra cinayətkar 3-cü dəhşətli qətl hadisəsini törətdi. O, bu dəfə kiçik bir qız uşağını öldürərək bədənini müxtəlif hissələrə ayırmışdı. Polis bu dəhşətli cinayətlərin bir-birilə əlaqəli olduğuna qərar vermişdi.
Bu dönəmlərdə Çikaqo Universitetində olan Uilyam pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlib. O, sonuncu cinayətin baş verdiyi məhəllədə bir evə girərkən polislər tərəfindən həbs edilib.
Bu 3 cinayətə görə o, ömürlük həbs cəzası alsa da, polislərin işgəncələrində belə, "hadisələri mən törətməmişəm” deyə israr edirdi.
2008-ci ildə Uilyam ilə məhkəmədə görüşən jurnalistlər onunla söhbət ediblər.
Uilyam ömürlük həbs cəzası haqqında bu fikirləri deyib: "Edam cəzası yerinə ömürlük həbs daha yaxşıdır. Əgər ölsəniz, heç bir şeyi ortalığa çıxarma şansınız olmaz. Həyatdasınızsa, bu, günahkar olmadığınızı sübut etmək üçün şansınız var, deməkdir. Buna görə də həyatda qalmağın ölməkdən daha üstün olduğunu düşünürəm”.