Öcalan ailəsi ilə görüşdü - 2,5 il sonra
13.01.2019
PKK terror təşkilatının lideri Abdullah Öcəlan 2 il yarım sonra qardaşı Mehmət Öcalanla görüşüb.
"Dövran Media" Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Ömər Öcalan məlumat verib.
Abdullah Öcəlan səhhətinin yaxşı olduğu bildirilir. HDP görüş barədə daha sonra ictimaiyyətə geniş informasiya yayılacağını bəyan edib.
Qardaşlar arasında axırıncı dəfə görüş 2016-cı ilin sentyabrln 11-də olmuşdu.