ABŞ siyasətçisindən etiraf: Liderliyi itiririk
13.01.2019
Vaşinqton son iki ildə beynəlxalq arenada vacib oyunçu statusundan məhrum olub.
"Dövran Media" xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri İvo Daalder deyib. Onun sözlərinə görə, bu statusu ABŞ-a yenidən geri qaytarmaq çox çətin olacaq:
"2017-ci ildə istənilən ölkədə Vaşinqtonun nə hazırladığı, nə fikirləşdiyi və nə edəcəyi düşünülürdü. ABŞ indi dünya liderlərinin fikirlərindəki vacib mövqeyini itirir. Mən 2021-ci ildə dünya liderlərinin ABŞ-ın nə edəcəyini əvvəlki kimi nəzərə alıb-almayacaqlarından əmin deyiləm. ABŞ Prezidenti Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır və bunu digər dövlətlər, ilk növbədə isə Çin doldurur. Trampın dönəmində ABŞ böyük beynəlxalq ticarət razılaşmalarına maraq göstərmir. Nəticədə ABŞ artıq beynəlxalq arenada vacib oyunçu deyil. Bunu bərpa etmək isə çox çətin olacaq. Bu statusu itirməyimizin digər səbəblərindən biri müttəfiqlərimizin bizə olan inamını məhv etməyimizdir”.