Dünya bankının yeni rəhbəri KİM OLACAQ?
12.01.2019
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp Dünya Bankının rəhbəri ola bilər.
"Dövran Media" xəbər verir ki, bu barədə "Business İnsider” nəşri yazıb.
İvanka Trampla yanaşı mötəbər quruma rəhbərlik üçün ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli, ABŞ Maliyyə nazirinin müavini Devid Malpas, həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin direktoru Mark Qrinin də adı hallanır.
Qeyd edək ki, Dünya Bankının hazırkı rəhbəri Cim Yon Kim fevral ayının birində istefaya gedəcək.