Ermənistanda ruslara qarşı aksiya başladı
12.01.2019
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, onların etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdikləri cinayətlərə qarşıdır.
"Dövran Media" xəbər verir ki, 102-ci hərbi bazanın qarşısında keçirilmiş piket 2015-ci il yanvarın 12-də bir erməni ailəsinin yeddi üzvünün qətlə yetirilməsinin ildönümündə təşkil olunub.
Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdikləri cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb.