Elon Mask əməkdaşlarını İŞDƏN ÇIXARIR
12.01.2019
"SpeysX” şirkəti əməkdaşlarının sayı 10 faiz həcmində azaldacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə "Los-Angeles Tayms” nəşri yazıb.
Kompaniya daha güclü olmaq, müştərilərin sifarişlərini vaxtında çatdıra bilmək və kosmosda yerləşən qlobal internet və planetlərarası kosmik uçuş aparatlarının inkişafını çatdırmaq üçün bu addımı atmalı olduğunu açıqlayıb.
Qeyd edək ki, kompaniya işdən çıxarılanları 8 ay müddətində əməkhaqqı ilə təmin edəcək, yeni iş yerlərinin tapılması üçün dəstək verəcək.