12 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İrandan Fransaya sərt cavab

12.01.2019

Tehran Fransa XİN-in ballistik nüvə texnologiyası ilə bağlı çağırışına cavab verib.
"Dövran Media" xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi danışıb.
Paris hökumətini məsuliyyətsizlikdə ittiham edən Qasımi Fransanı nüvə müqaviləsinin müxalifləri tərəfindən ortaya atılan və həqiqəti əks etdirməyən iddiaları təkrarlamaqdan imtina etməyə çağırıb. O, İranın raket proqramının müdafiə məqsədi daşıdığını və ölkənin təbii haqqı olduğunu bildirib.
Qeyd edək ki, Fransa XİN İranın ballistik raket proqramının BMT TŞ-nın 2231 saylı qərarına uyğun olmadığı bildirərək, nüvə silahı daşıya biləcək ballistik raketlərlə bağlı bütün fəaliyyətlərin dərhal dayandırılması çağırışı etmişdi.