Dənizdə çimməyin təhlükəsi
01.03.2018
"Dövran Media” xarici mətbuata əsasən bildirir ki, Ekseter Universitetinin əməkdaşları İngiltərə, ABŞ, Avstraliya, Yeni Zelandiya, Danimarka və Norveç 19 məruzə toplayaraq, dənizdə üzməyin sağlamlığa təsirini təhlil ediblər. Onlar 120 mindən çox insanın məlumatını öyrəniblər. Müayinə nəticəsində məlum olub ki, təbii sularda çimmək adəti olan xəstələrdə iki dəfə daha çox eşitmə pozuntuları, həmçinin mədə-bağırsaq xəstəlikləri riski 29 faiz artıqdır. Mütəxəssislər qeyd edirlər ki, buna, dənizə düşən çirkab suları ilə birlikdə infeksion mikroorqanizmlər səbəb ola bilər. Alimlər qeyd edirlər ki, gələcək epidemioloji tədqiqatlar müşahidə olunan bakteriyaya cavabdeh simptomların aşkarlanmasına yönəldilməlidir.