Makron Davosa getməkdən imtina etdi
11.01.2019
Fransa Prezidenti Emmanuel Makron Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna qatılmayacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
Prezidentin foruma qatılmayacağına səbəb kimi gərgin iş qrafiki və "sarı jiletlilər”in aksiyası göstərilib.
Qeyd edək ki, Davos forumu 22-25 yanvar tarixlərində keçiriləcək.