Gəmi turunda 300 sərnişin virusa yoluxdu
11.01.2019
Karib dənizində kruiz turu zamanı 300 sərnişin virusa yoluxub.
Verilən məlumata görə, hadisədən xəbərdar olan kimi gəmi səyahəti yarımçıq saxlanılaraq bir gün əvvəl ABŞ-ın Florida ştatına qayıdıb.Virusa yoluxan sərnişinlərə tibbi yardım göstərilib, bəziləri isə xəstəxanaya yerləşdirilib.
Hazırda yoluxmanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.
Kruizi həyata keçirən şirkət bildirib ki, səyahətin müddətinin azaldılması ilə əlaqədar gəmidə olan 8 minə yaxın sərnişinə təzminat ödəniləcək.