03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mübariz Qurbanlı: Dini durum sabitdir

11.01.2019

Hazırda Azərbaycanda dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir. 
Dövran Media" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri ölkədəki dini duruma təhdidlərin istisna edilmədiyini, amma bunların təhlükəli səviyyədə olmadığını sözlərinə əlavə edib.
O bildirib ki, dini baxımdan hansısa qrupların ölkədə ictimai-siyasi sabitliyi pozaraq, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük risklər yaradacaq səviyyədə təhdidlər yoxdur və bunlar mümkün deyil.
M.Qurbanlının sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. 
Komitə sədri vurğulayıb ki, dövlət başçısı İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.
"Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.
Siyasətində insan amilinə böyük dəyər verən cənab İlham Əliyevin İslam ölkələrinin həmrəyliyi, eləcə də, mədəniyyətlər və dinlər arasında harmoniyaya nail olunması istiqamətində atdığı addımları xüsusilə qeyd etmək lazımdır.
Sivilizasiyalararası, dinlərarası dialoqu dərinləşdirən, ayrıseçkilik, ksenofobiya hallarına düzgün qiymət verilməsini şərtləndirən tədbirlərin keçirilməsi, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılması ölkə rəhbərinin bu sahədəki siyasətinin ana xəttini təşkil edir”, - deyə M.Qurbanlı vurğulayıb.