Əli Ömərovun qardaşı işdən çıxarıldı
10.01.2019
Gəncə şəhərində vəzifəli şəxs nöqsanlara görə işdən azad edilib.
Bu barədə Report-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, D.Alıyev Azərbaycanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.