21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qarabağın həlli bir çox yollar açacaq - ARKOV

10.01.2019

Azərbaycan-Rusiya münasibətləri mütəmadi inkişaf edir. İki ölkə liderlərinin dostluğu fonunda ticarət-iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq dərinləşir və genişlənir.
"Dövran Media" xəbər verir ki, bunu açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov 2019-cu ildə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına dair proqnozlarından danışarkən deyib.
Onun sözlərinə görə, ötən ilin yayında imzalanmış Xəzərin hüquqi statusuna dair konvensiya və Moskva ilə Bakı arasındakı yeni birgə nəqliyyat və enerji layihələri böyük perspektivlər vəd edir.
"Azərbaycan və Rusiya arasında daha sıx əməkdaşlığa, Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində inteqrasiya layihələrinin inkişafına Qarabağ məsələsinin həll edilməməsi əngəl törədir”, - politoloq bildirib.
Arkov əmindir ki, 2019-cu ildə Moskvanın işğal edilmiş rayonların mərhələli şəkildə Bakının nəzarətinə verilməsini nəzərdə tutan sülh planının (Lavrov planı) praktiki olaraq həyata keçirilməsinin başlanması üçün bütün şərtlər var.
"Bu isə öz növbəsində dondurulmuş bir çox dövlətlərarası proqramın başlanmasına yol açacaq”, - ekspert vurğulayıb.