21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Alimlər analoqu olmayan dərman hazırlayıblar

10.01.2019

Rusiyalı alimlər astmanın əsas mexanizmlərindən biri olan xroniki bronxiti dayandıran dərman işləyib hazırlayıblar.
Federal tibbi-bioloji agentliyinin İmmunologiya İnstitutunun mütəxəssisləri xəstələri boğulmaqdan xilas edən xüsusi vasitə hazırlayıblar. Alimlər qeyd edirlər ki, dərman vasitəsi təkcə xəstəliyin əlamətləri ilə mübarizə aparmayacaq, eyni zamanda, xəstəliyin yaranma səbəbinə təsir edəcək.
Dərman vasitəsi bir sıra sınaq mərhələlərini keçib. Mütəxəssislər siçanlar üzərində müşahidə apararaq isbat ediblər ki, dərmanın inqalyasiya vasitəsilə qəbul edilməsi bronx toxumalarının iltihabını kəskin şəkildə azaldır.
Dərman vasitəsinin tərkibinə iki maddə - interleykin-4 maddəsini ifrazını dayandıran miRNT molekulu (kiçik kodlaşdırılmamış ribonuklein turşusu molekulu) və iltihabın dayandırılması üçün dərman vasitəsini daha vacib bölgələrə çatdırmağa xidmət edən kasion peptid daxildir.
Bu barədə institutun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Musa Xaitov deyib:
"Bronxial astma bu ardıcıllıqla inkişaf edir: nəfəs yollarına allergen maddələr, məsələn, toz hissələri düşür. O, bir sıra molekulyar prosesləri stimullaşdırır. Allergenə cavab olaraq orqanizm çoxlu miqdarda molekul ifraz edir, xüsusilə də allergik xəstələrdə əsas rol oynayan intlerleykin-4 (İL-4) ifraz olunur. İL-4 iltihab prosesini işə salır ki, bu da nəticədə boğulmaya səbəb olur. Bizim hazırladığlmız dərman vasitəsinin tərkib maddəsi İL-4-ün ifrazını dayandırır".
Tomsk Dövlət Universitetinin professoru, immunoloq-allerqoloq həkim Olqa Fyodorovanın sözlərinə görə, bu dərman vasitəsinin dünyada analoqu yoxdur.