Maroş Şevçoviç Azərbaycana gələcək
10.01.2019
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç fevral ayında Azərbaycana səfər edəcək.
"Dövran Media" xəbər verir ki, o, Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindəki iclasa qatılacaq.
Xatırladaq ki, Avropa Komissiyasının vitse-prezidenti ötən il fevral ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirak edib.