03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tapılan meyitlərin heç biri azərbaycanlı kapitana aid deyil

09.01.2019

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında "Volqabalt 214” gəmisinin qəzaya uğradığı ərazidə tapılan iki meyitinin heç biri Azərbaycan vətəndaşı gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna aid deyil.
"Dövran Media" xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Azərtac-a deyib.
O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə fasiləsiz olaraq əlaqə saxlayır. Dünən aşkarlanan meyitlər patoloji müayinədən keçirilib və şəxsiyyətləri müəyyənləşdirilib. Bunlardan heç biri azərbaycanlı kapitana aid deyil. Hazırda qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılıb. Dənizdə dalğa 3 metr səviyyəsinə qalxıb. Lakin çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla davam etdirilir.
Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volqabalt 214” gəmisinin qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.