Köçəryan yenə həbsdə qaldı
09.01.2019
İrəvan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın girov qarşılığında azad olunmasıyla bağlı vəsatətə baxmayıb.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Ayk Alumyan deyib. O, məhkəmənin yanvarın 10-na təxirə salındığını deyib.
Qeyd edək ki, Köçəryan konstitusion nizamı dəyişməkdə ittiham edilir. Ona qarşı cinayət işi keçən il açılıb.