21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ İrandan öncə Qarabağda aktivləşməlidir - MakHenri

09.01.2019

Dağlıq Qarabağ konflikti ABŞ üçün strateji əhəmiyyət daşıyır.
"Dövran Media" xəbər verir ki, bu sözlər amerikalı analitik Uilyam MakHenrinin "Small Wars” jurnalında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Qərb institutlarının üzvləri olmayan və Moskva ilə eyni orbitdə olmayan bütün keçmiş sovet dövlətlərinin – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanınya qonşularıyla ərazi mübahisələri, ya da ölkənin daxilində Rusiya tərəfindən dəstəklənən separatçı hərəkatlar var.
O, postsovet məkanındakı dondurulmuş konfliktlərdən Kremlin öz hədəflərinə çatmaq üçün istifadə etdiyini bildirib. Qarabağ konfliktindən bəhs edən MakHenri Qərb siyasətçiləri tərəfindən bu konfliktin lazımi şəkildə diqqətdə saxlanmadığını deyib:
"ABŞ gərək bu böhranın etibarlı şəkildə diplomatik həllinin axtarılması üçün xüsusi diqqət ayırsın. Bu, Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdıracaq. Bir müddət əvvəl Ermənistanda baş verən dinc etirazlar, köhnə hökumətin devrilməsi sülh əldə olunması üçün imkan yaradır. Bu, həmçinin bu strateji vacib regionda dondurulmuş konfliktlərin həlli üçün nümunə ola bilər”.
Onun sözlərinə görə, Rusiya Aprel savaşı zamanı hər iki tərəf arasında diplomatik danışıqların bərpası üçün aktiv rol oynasa da, savaşdan sonra konfliktin uzunmüddətli həllinin tapılması üçün az səy sərf edib və hər iki tərəfə konflikt zamanı silah satışını təmin edib.
Analitik Paşinyanın öz siyasi hakimiyyətindən Azərbaycanla danışıqlar masasında konfliktin diplomatik həlli üçün istifadə edəcəyinə ümid etdiyini deyib:
"Əgər bu baş versə, ABŞ bu təşəbbüsü ATƏT-in Minsk Qrupundakı təsirindən istifadə edib, dəstəkləməlidir. ABŞ İranın iqtisadi təsirinin məhdudlaşdırılması kimi ciddi geosiyasi problemləri həll etməzdən öncə bu dondurulmuş konfliktin sülh yolu ilə həllinin axtarılmasından konstruktiv geosiyasi iştirakçı kimi çıxış etməlidir”.