Çanaqqala boğazında GƏMİ YANDI
09.01.2019
Çanaqqala boğazında quru yük gəmisində yanğın baş verib.
"Dövran Media" xəbər verir ki, yanğını söndürmək üçün hadisə yerinə çox sayda gəmi və xilasedicilər cəlb olunub.
Gəmi Çanaqqalanın Qocuk burnu sahilinə yaxın ərazidədir. "Qezban” adlı quru yük gəmisinin Yunanıstandan Türkiyənin Yalova limanına istiqamət götürdüyü bildirilir.
***
Ötən gecə Türkiyə vaxtı ilə saat 22:30-da Çanaqqala boğazının Qocuk burnu yaxınlığında "Qezban” adlı quru yük gəmisinin mühərrik hissəsində baş verən yanğın söndürülüb.
Qeyd edək ki, Türkiyənin dövlət bayrağı altında üzən və 193 metr uzunluğu olan "Qezban” gəmisi 2010-cu ildə inşa olunub.