Təhsil müəssisələri olan ərazilərdə nəqliyyatın sıxlığı azaldılacaq
08.01.2019
Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkəti təşkil olunacaq.
"Dövran Media"nın xəbərinə görə, bu barədə məlumat "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.
Sənədə əsasən, iri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla, yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanacaq.
Təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyətinin müəyyən edilməsi və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək.