Rusiyanın gələcəyi bundan asılıdır - Rus patriarx
07.01.2019
Təhsilli siyasi elita və konsolidasiya olunmuş cəmiyyət Rusiyanın qarşısında duran aktual çağırışlar və hədəflərə cavab vermək iqtidarındadır.
"Dövran Media" xəbər verir ki, bunu "Rossiya 1” televiziyasına müsahibəsində Moskva və Bütün Rusun patriarxı Kirill deyib.
"Böyük məsuliyyət hakimiyyətə sahib olanın üzərinə düşür. Söhbət təkcə prezident və ya baş nazirdən yox, həm də hökumətin səlahiyyətlərini icra edən hər kəsdən gedir. Ölkənin gələcəyi bizim ümumi işimizdir”, – deyə o bildirib.