İnternet resurslarında əcnəbi turistlərin Şuşanın dağlarından çəkdiyi şəkillərdən ibarət video paylaşılıb.
"Dövran Media" xəbər verir ki, foto 2019-cu ildə çəkilib.
Dağın ala-tala qarlı zirvəsində şəkil çəkdirən alabəzək geyimli turisistlərin bəzi kadrlarda 3-4, bəzilərində 6 olduqları görünür. Onlar Avropa ölkələrindən də gəlmiş ola bilərlər, işğalçı Ermənistandan da.
Önəmli olan odur ki, artıq 27 ildir ki, Şuşanın dağlarını zirvəsi də, ətəyi də, Kirs də, Turşsu da, Cıdır düzü də, İsa bulağı da erməni işğalı altındadır və biz ildə bir neç dəfə bu kimi şəkillərə, əsasən ermənilərin paylaşdığı fotosessiyalara qubar-qəhər dolu hiddətlə baxırıq.
Bu şəkillər adamı ağrtsa da, hər halda, o yurdun, o torpağın bizim olduğunu yadımızdan çıxmağa qoymadığı üçün əhəmiyyətlidir. Baxın və yaddan çıxarmayın: Bura Şuşadır, amma gülü qoşa deyil...