Moskvada parlament konfransı keçiriləcək
07.01.2019
"Dövran Media" xəbər verir ki,Rusiya və Azərbaycan parlamentariləri yaxın zamanlarda Dövlət Dumasında parlament konfransı keçirmək niyyətindədir.
Konfrans zamanı yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə sənədin imzalanması gözlənilir.
Xatırladaq ki, müvafiq komissiyanın yaradılması təşəbbüsü ilə ötən ilin iyununda Bakıya səfəri zamanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin çıxış etmişdi.
Qeyd edək ki, görüşün detalları barədə məlumatlar verilməyib.