Yeniyetmə lotereyada 200 min AVRO UDDU
07.01.2019
"Dövran Media" zelv.ru-ya istinadən xəbər verir ki, Kosmin Rotariu on il bundan qabaq Rumıniyadan İspaniyanın Barselona şəhərinə gəlıb və indi lotereya uduşunda 200 min avroya sahib olub.
"El Pais” qəzetinin yazdığına görə, onun bu oyunda qələbəsi yanvarın 6-da İspaniyada baş tutub. Qeyd olunur ki, yeniyetmə lotereya biletini 20 avroya oyunun keçirilməsinə bir gün qalmış alıb. "Düzü, pulları hara xərcləyəcəyimi bilmirəm. Ola bilsin ki, təzə mobil telefon və yaxud da balaca bir mənzil alım”- deyə, Rotariu öz gələcək planları ilə də bölüşüb.
Həmçinin yanvarın 6-da məlum olub ki, "Rus lotosu" nun yeni il oyununda hərəsi 500 milyon rubl qazanmış Sankt-Peterburq və Sverdlovsk vilayətinin sakinləri indiyə qədər lotereya təşkilatçıları ilə əlaqə saxlamayıblar.