Türkiyədə polkovnik də daxil, 100 zabit saxlanıldı
07.01.2019
Ankara Respublika Prokurorluğu Quru Qoşunları Komandanlığında keçirilən FETÖ istintaqı çərçivəsində 100 hərbçinin nəzarətə alınması haqda qərar çıxarıb.
"Dövran Media" xəbər verir ki, istintaq zamanı bəzi hərbçilərin FETÖ-nun imamları ilə mütəmadi olaraq xəbərləşdikləri üzə çıxıb.
Məlumatda bildirilir ki, saxlanılan hərbçilərdən 1-i polkovnik, 9-u kapitan, 90-ı isə baş leytenantdır.