ABŞ İrana təyyarə satılmasının qarşısını aldı
06.01.2019
ABŞ Maliyyə Nazirliyi "Sukhoi Superjet 100” təyyarəsinin İrana satılması üçün ixrac sertifikatı verməkdən imtina edib.
"Dövran Media" xəbər verir ki, buna səbəb rus təyyarəsinin 10 faizdən artıq detallarının ABŞ istehsalı olmasıdır.
Göstərilən həddin keçildiyi hallarda isə məhsulun satışı üçün ABŞ Maliyyə Nazirliyinin razılığına ehtiyac duyulur.
İran Hava Yolları Assosiasiyasının təmsilçisi Maqsud Əsədi Samaninin sözlərinə görə, detalların əvəzlənməsi prosesi də olduqca böyük zaman tələb etdiyindən müqavilənin icrası hazırda real görünmür.
Qeyd edək ki, müqavilədə İran tərəfinə 40 təyyarə satılması nəzərdə tutulmuşdu.