21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Jaguar” və “Land Rover” 69 min avtomobili geri çağırır

06.01.2019

Böyük Britaniyanın tanınmış konserni "Jaguar Land Rover” Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır.
"Dövran Media" xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.
Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş "Discovery 4” və "Range Rover Sport” modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki diyircəkli val vaxtından əvvəl aşına və anidən sına bilər. Bu da öz növbəsində mühərrikin işini pozaraq təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.
İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək.